Əsas Səhifə > MALİYYƏ > ITFC indiyə qədər Azərbaycanda 103 milyon dollarlıq maliyyələşdirmə həyata keçirib
ITFC indiyə qədər Azərbaycanda 103 milyon dollarlıq maliyyələşdirmə həyata keçiribBu gün, 12:10 |
|
İndiyə qədər Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) Azərbaycanda 103 milyon ABŞ dolları dəyərində maliyyələşdirmə həyata keçirib. Şəffaflıq.az xəbər verir ki, bunu İslam İnkişaf Bankı (IsDB) Qrupunun Özəl Sektor Yol Xəritəsi (Roadshow) "Davamlı Rifah üçün Regional İnteqrasiya" tədbirində ITFC-nin Əlaqələrin idarə olunması və Ticarət Maliyyəsi Departamentinin baş meneceri Hocamurad Hocayev bildirib. Onun sözlərinə görə, hazırda təmsil etdiyi qurumun Azərbaycanda iki aktiv tərəfdaşı var: "Rabitəbank" və TuranBank" ASC-lərin hər birinə 10 milyon ABŞ dolları ayrılıb. Bu vəsaitləri Azərbaycandakı KOB-lara fondlaşdırılmış və fondlaşdırılmamış ticarət maliyyəsi həlləri təklif etmək üçün nəzərdə tutulub. Ticarət maliyyəsi ilə yanaşı, ticarətin inkişafı komponentimiz də var. Bu komponent vasitəsilə biz ticarət və İslam maliyyəsinə dair bir neçə potensialın artırılması fəaliyyəti və seminarlar təşkil etmişik ki, burada Azərbaycanın maliyyə sektoru və banklarından olan benefisiarlar da iştirak edib". "Azərbaycan həmçinin ITFC-nin Mərkəzi Asiya və Azərbaycan üçün flaqman proqramı olan "Trade Connect Central Asia Plus"un dizaynı və təsdiqlənməsində mühüm rol oynayır. Bu proqram Mərkəzi Asiyanın 5 ölkəsini və Azərbaycanı əhatə edir, 2024-cü ildə Azərbaycanda başladılıb və Azərbaycan bu proqramın əsas iştirakçılarından biridir. İndi bizim üçün perspektivlər nədən ibarətdir? Anlayırıq ki, ölkədə biznesi, xüsusən də özəl sektor və KOB-ların dəstəklənməsi istiqamətində böyütməliyik. Biz yerli banklarla tərəfdaşlığımızı genişləndirməyə fokuslanırıq ki, onlar vasitəsilə ölkədəki KOB-lara və özəl sektor müştərilərinə Şəriətə uyğun ticarət maliyyəsi həlləri (fondlaşdırılmış və ya fondlaşdırılmamış), potensialın artırılması və məsləhət xidmətləri təklif edə bilək. Bundan əlavə, ITFC-nin mandatına uyğun olaraq, dövlət zəmanətli böyük məbləğli ticarət maliyyəsi proqramlarına da diqqət yetirə bilərik. Ticarətin inkişafı tərəfində isə inteqrasiya olunmuş ticarət maliyyəsi həllərinin təklif edilməsi üçün əməkdaşlığın genişləndirilməsinə fokuslanacağıq ki, bu da özəl sektorun və iqtisadiyyatın böyüməsinə kömək edəcək". Geri qayıt |