Əsas Səhifə > Cəmiyyət > Şamaxıya gedən sürücülərin NƏZƏRİNƏ Havaların şaxtalı keçməsi yollarda hərəkəti çətinləşdirib.-

Şamaxıya gedən sürücülərin NƏZƏRİNƏ Havaların şaxtalı keçməsi yollarda hərəkəti çətinləşdirib.-


18-01-2019, 22:36
Havaların şaxtalı keçməsi yollarda hərəkəti çətinləşdirib.
ARB TV xəbər verir ki, Bakı-Şamaxı-Yevlax magistralında qar və şaxtalı hava gediş-gəlişdə çətinliklər yaradıb. Xüsisilə gecə saatlarında yolların buz bağlaması və dumanlı hava şəraiti sürücülərə çətin anlar yaşadıb.Sürücü: “Bakıdan gəlirik, müəyyən yerlərdə buzlanma və bir qədər də duman var. Sürücülərdən xahiş edərdim ki, ehtiyatlı olsunlar”.
Sürücü: “Qobustan ərazisində duman var. Gecə saatlarında buzlanma güclənə bilər, sürücülər diqqətli olsun”.
7 nömrəli Yol İstismar İdarəsi gücləndirilmiş iş rejiminə keçib. İdarənin canlı qüvvəsi və texnikaları əraziyə cəlb edilib. Yollarda təmizlənmə işləri aparılır. Qum, duz qarışığı səpilir. Xüsusilə ən təhlükəli nöqtələrdə 3-5 metr ara məsafəsi qoyulmaqla çınqıl ehtiyatı saxlanılır.
Rauf Hüseynov – Yol İstismar MMC-nin sahə rəisi: “Qərargah yaradılıb, bütün işçi qüvvəmiz, həmçinin texnikalardan istifadə edərək yollarda nəqliyyatın hərəkətinə çətinlik yarada biləcək maneələrin aradan qaldırılması üçün var qüvvəmizlə çalışırıq”.
Qobustan-Xılmilli eləcə də Şamaxı, Pirqulu-Dəmirçi avtomobil yollarında da yağan qar nəticəsində çətinlik yaranıb. Artıq hək iki istiqamətdə hərəkət bərpa olunub.
Rauf Hüseynov – Yol İstismar MMC-nin sahə rəisi: “Buzlaşma əsasən bizim ərazidə Qobustan-Xılmilli avtomobil yolunda və Şamaxı, Pirqulu-Dəmirçi avtomobil yolunda olur. Biz var qüvvəmizlə çalışırıq ki, nəqliyyat vasitələrinin hərəkərində fasilə yaranmasın”.
Hazırda yollarda vəziyyət normal olsa da, axşama saatlarında şaxta düşəcəyi ehtimalını nəzərə alaraq sürücülərə bu saatlarda mümkün qədər magistraldan istifadə etməmələri məsləhət görülür.
Şəffaflıq.az

Geri qayıt