Əsas Səhifə > ELM VƏ TƏHSİL > Bakı Ali Neft Məktəbinin 11 proqramı beynəlxalq akkreditasiyadan keçib

Bakı Ali Neft Məktəbinin 11 proqramı beynəlxalq akkreditasiyadan keçib


Dünən, 13:55


Bakı Ali Neft Məktəbinin (BANM) 11 təhsil proqramı Almaniyanın Akkreditasiya Agentliyi (ASIIN) tərəfindən beynəlxalq akkreditasiyadan keçib.

Şəffaflıq.az xəbər verir ki, bunlardan 6-sı bakalavriat səviyyəsində neft-qaz, kimya, proseslərin avtomatlaşdırılması, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi və biznesin idarə edilməsi, 5-i isə magistratura səviyyəsində neft və qaz texnologiyası, yatağın qiymətləndirilməsi və idarə olunması, kibertəhlükəsizlik, texniki sistemlərdə idarəetmə və MBA proqramlarıdır.

Eyni zamanda, bu proqramlardan 7-si (neft-qaz, kimya, proseslərin avtomatlaşdırılması, informasiya təhlükəsizliyi, neft və qaz texnologiyası, yatağın qiymətləndirilməsi və idarə olunması, texniki sistemlərdə idarəetmə) EUR-ACE nişanına da layiq görülüb.

Ümumilikdə, ali məktəbə 18 sertifikat verilib və onları BANM-in rektoru Elmar Qasımova ASIIN-in icraçı direktoru İring Vasser təqdim edib.


Geri qayıt