Əsas Səhifə > SİYASƏT > Bakıda Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Bakıda Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək


Dünən, 13:06


Azərbaycan və Tacikistanın Hökumətlərarası Komissiyasının növbəti iclası mayın 20-dən 22-dək Bakıda keçiriləcək.

Bu barədə Tacikistanın Bakıdakı səfiri İlhom Abdurahmon açıqlamasında bildirib.

Diplomat xatırladıb ki, Tacikistan və Azərbaycan liderləri 2024-cü ildə Düşənbədə iki dövlət arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar. Bundan sonra Hökumətlərarası Komissiyanın səviyyəsi baş nazirlərin müavinləri səviyyəsinə qaldırılıb.

"Komissiyanın növbəti iclası mayın 20-dən 22-ə planlaşdırılıb və Tacikistanla Azərbaycanın baş nazirlərinin müavinləri səviyyəsində keçiriləcək. Tərəflər ticari-iqtisadi əməkdaşlıqla bağlı bütün məsələləri nəzərdən keçirəcək. Bundan əlavə, iclasın yekunlarına əsasən müvafiq protokol imzalanacaq", - o qeyd edib.

Səfir, həmçinin vurğulayıb ki, iclasın işində iki ölkənin bütün müvafiq nazirlik və idarələrinin nümayəndələri iştirak edəcəklər: "Əminəm ki, iclas Tacikistan və Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlığın inkişafına yeni təkan verəcək".

Qeyd edək ki, sonuncu iclas 2024-cü ilin dekabrında Düşənbədə keçirilib.

Şəffaflıq.az


Geri qayıt