Əsas Səhifə > REGİON > Rusiyada təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Rusiyada təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb


Dünən, 12:11


Meşə yanğınlarının monitorinqini həyata keçirən "Aeroprakt-22" yüngülmühərrikli təyyarəsi Omsk vilayətində (Rusiya) qəzaya uğrayıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

Qəza nəticəsində iki nəfər həlak olub.

Qərbi Sibir nəqliyyat prokurorluğundan bildirilib ki, hadisə vilayətin Koşkarevo kəndi yaxınlığında baş verib.

"Aviabaza" MMC tərəfindən istismar edilən "Aeroprakt-22" hava gəmisi aviasiya işlərini yerinə yetirərkən qəzaya uğrayıb", - mətbuat xidmətindən məlumat verilib.


Geri qayıt