Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Çində fişəng zavodunda partlayış nəticəsində 26 nəfər ölüb
Çində fişəng zavodunda partlayış nəticəsində 26 nəfər ölübBu gün, 11:35 |
|
Çinin mərkəzindəki Hunan əyalətində fişəng istehsalı zavodunda baş verən partlayış nəticəsində həlak olanların sayı 26 nəfərə yüksəlib. Şəffaflıq.az Çin KİV-lərinə istinadən xəbər verir ki, bunu Çanşa şəhərinin meri Çen Boçjan mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, 61 nəfər yaralanıb. Qeyd edək ki, partlayış bazar ertəsi "Huaşen" şirkətinin zavodunda baş verib. Geri qayıt |