Əsas Səhifə > REGİON > Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb

Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb


Bu gün, 11:34


Ust-Kamenoqorskda (Qazaxıstan) "Kaztsink" dağ-metallurgiya şirkətinin ərazisində alovlanma ilə müşayiət olunan partlayış nəticəsində iki nəfər həlak olub.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Qazaxıstan KİV-ləri şirkətin məlumatına istinadən xəbər verir.

"Hadisə nəticəsində iki nəfər həlak olub, beş nəfər xəsarət alıb. Zərər çəkənlərə bütün lazımi tibbi yardım göstərilir. Hadisə yerində təcili xidmətlər fəaliyyət göstərir, nəticələrin aradan qaldırılması həyata keçirilir", - məlumatda qeyd olunub.

Bildirilir ki, hadisə ilə əlaqədar xüsusi komissiya yaradılıb. Baş verənlərin səbəbləri istintaqın nəticələrinə əsasən müəyyən ediləcək.

Həmçinin ətraf mühitə təsirin qiymətləndirilməsi aparılır. İlkin məlumatlara görə, icazə verilən normaları aşmayan yerli toz atılması qeydə alınıb.


Geri qayıt