Əsas Səhifə > Hadisə > Goranboyda qəzada xəsarət alan 7 nəfərdən ikisi evə buraxılıb

Goranboyda qəzada xəsarət alan 7 nəfərdən ikisi evə buraxılıb


Bu gün, 11:22


Goranboyda qəzada xəsarət alan 7 nəfərdən (1-i kişi, 6-sı qadın) ikisi evə buraxılıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara bədən müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Xəsarət alan şəxslərdən birinin müalicəsi Cərrahiyyə şöbəsində, 4 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Şəffaflıq.az


Geri qayıt