Əsas Səhifə > REGİON > Rusiyada yanğın zamanı uşaqlar da daxil olmaqla, beş nəfər həlak olub
Rusiyada yanğın zamanı uşaqlar da daxil olmaqla, beş nəfər həlak olubBu gün, 11:20 |
|
Rusiyanın Nijni Novqorod vilayətinin Vıksa şəhərində fərdi evdə baş verən yanğında iki uşaq da daxil olmaqla, beş nəfər həlak olub. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsindən bildirilib. "İlk yanğınsöndürmə-xilasetmə bölməsi hadisə yerinə çatanda ev bütün sahəsi boyu yanırdı. Yanğın 80 kvadratmetr ərazidə söndürülüb. Yanğın yerində beş nəfərin, o cümlədən iki uşağın meyiti aşkar edilib. Onların şəxsiyyətləri müəyyənləşdirilir", - məlumatda deyilir. Aidiyyəti qurumların əməkdaşları hadisənin başvermə şəraitini müəyyənləşdirirlər. Geri qayıt |