Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Bakı, Sumqayıt və Abşeronda pensiyalar ayın 14-dək ödəniləcək

Bakı, Sumqayıt və Abşeronda pensiyalar ayın 14-dək ödəniləcək


Bu gün, 11:03


Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların bu ayın 14-dək ödənilməsi nəzərdə tutulub.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun açıqlamasında bildirilib.

Rayonlarda qeydiyyatda olan və güzəştli şərtlərlə pensiya hüququna malik olan şəxslərin pensiyalarının isə bu ayın 20-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

Həmçinin ölkə üzrə sosial müavinətlərin bu ayın 22-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.


Geri qayıt