Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Rusiya Ukraynanın 4 vilayətinə zərbələr endirib, 7 nəfər ölüb, 46 yaralanıb

Rusiya Ukraynanın 4 vilayətinə zərbələr endirib, 7 nəfər ölüb, 46 yaralanıb


Bu gün, 10:48


Rusiya Silahlı Qüvvələri Ukraynanın Poltava, Çerniqov, Dnepropetrovsk və Zaporojye vilayətlərinə hücum edib, ümumilikdə 7 nəfər ölüb, daha 46 nəfər isə yaralanıb.

Şəffaflıq.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyalarının rəhbərləri məlumat veriblər.

Poltava Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Dyakivniçin məlumatına görə, mayın 5-nə keçən gecə Rusiya qoşunları regiona raket və dron zərbələri endirib. Hücum nəticəsində 4 nəfər həlak olub, 31 nəfər yaralanıb.

Zərbə nəticəsində sənaye müəssisəsi və dəmir yolu infrastrukturu zədələnib.

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən bildirilib ki, Çerniqov vilayətində yaşayış məntəqələrindən birinin özəl sektoruna endirilən zərbələr nəticəsində 2 nəfər xəsarət alıb.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja isə qeyd edib ki, vilayətə hücumlar nəticəsində 2 nəfər xəsarət alıb.

Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorovun məlumatına görə, Rusiya qoşunları bir sutka ərzində vilayətin 49 yaşayış məntəqəsinə 800-dən çox atəş zərbəsi endirib. Nəticədə 3 nəfər həlak olub, daha 11 nəfər yaralanıb. Həmçinin Zaporojyeyə iki raket zərbəsi qeydə alınıb.


Geri qayıt