Əsas Səhifə > Hadisə > Ağdaşda iki yük maşını toqquşub, ölən var

Ağdaşda iki yük maşını toqquşub, ölən var


Dünən, 16:32


Ağdaş rayonunda "Mercedes" markalı yük avtomobili TIR-la toqquşub.

Şəffaflıq.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ləki qəsəbəsi ərazisindən keçən hissədə qeydə alınıb.

Avtoqəza nəticəsində "Mercedes"in sürücüsü, 36 yaşlı Heydər Hüseyngil hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.


Geri qayıt