Əsas Səhifə > MALİYYƏ > Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib
Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirilibBu gün, 13:04 |
|
Nazirlər Kabineti "Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında" 11 avqust 2016-cı il tarixli qərarında dəyişiklik edib. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, kollegiya üzvlərinin sayı 13-dən 15-ə çatdırılıb və aşağıdakı kimi təsdiq edilib: Kollegiyanın sədri - maliyyə naziri Kollegiyanın üzvləri - maliyyə nazirinin I müavini - maliyyə nazirinin müavinləri - Naxçıvan Muxtar Respublikasının maliyyə naziri - Maliyyə Nazirliyi Aparatının rəhbəri - Maliyyə Nazirliyi Aparatının rəhbərinin müavinləri - Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi - Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru - Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru - Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru. Geri qayıt |