Əsas Səhifə > Dünya > Koronavirus İtaliyada ticarət və xidmət sektorlarını çökdürdü! - “Dərhal yemək ardınca qaçmayın!”

Koronavirus İtaliyada ticarət və xidmət sektorlarını çökdürdü! - “Dərhal yemək ardınca qaçmayın!”


12-03-2020, 19:59

 

Şəffaflıq.az xəbər verir ki, İtaliyanın baş baziri Cüzeppe Konte koronavirusun yayılmasına qarşı yeni tədbirlərin görülməsi barəsində məlumat verib. İlkin tələbat malları satan mağazalar və apteklərdən başqa digər ticarət obyektlərinin fəaliyyəti qadağan edilib. Onun sözlərinə görə, hökumət əsas xidmətlərin, o cümlədən ictimai nəqliyyatın fəaliyyətinin davam etməsinə təminat verir.

Baş nazir deyib:  “Dərhal yemək ardınca qaçmaq lazım deyil. Biz mağazaları, barları, pabları və restoranları, bərbərxanaları, gözəllik mərkəzlərini bağlayırıq. Evə çatdırılmaya məhdudiyyət qoymayacağıq”.

Bankların, poçtların, sığorta və maliyyə şirkətlərinin və əlaqədar təşkilatların işinə davam edəcəkləri bildirilir.

Baş nazir deyib: “Fabriklər və istehsal şirkətləri əməkdaşların təhlükəsizliyi tədbirlərinə riayət edilməsi şərti ilə işləyəcəklər”.

İtaliyada koronavirus infeksiyasına yoluxma halları bir sutka ərzində 2 min ədəd artaraq, 12 min nəfərə çatıb. Dünəndən bəri 196 insan xəstəlikdən vəfat edib. Bununla da İtaliyada koronavirus qurbanlarının sayı 827 nəfərə çatıb.
Geri qayıt