Əsas Səhifə > İdman > Atletika üzrə Bakı şəhər yay birinciliyi keçiriləcək
Atletika üzrə Bakı şəhər yay birinciliyi keçiriləcək30-04-2026, 11:04 |
|
Mayın 1-2-də atletika üzrə Bakı şəhər yay birinciliyi keçiriləcək. Bu barədə Azərbaycan Atletika Federasiyasından məlumat verilib. Turnir qurumla Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutacaq. Azərbaycan İdman Akademiyasının stadionunda və federasiyanın atma növləri üzrə bazasında keçiriləcək yarışda 2011-2012 təvəllüdlü idmançılar mübarizə aparacaqlar. Şəffaflıq.az Geri qayıt |