Əsas Səhifə > REGİON > Rusiya Odessaya PUA-larla hücum edib, 18 nəfər yaralanıb

Rusiya Odessaya PUA-larla hücum edib, 18 nəfər yaralanıb


Bu gün, 10:56


Rusiyanın pilotsuz uçuş aparatları (PUA) ilə Odessaya (Ukrayna) gecə saatlarında həyata keçirdiyi kütləvi hücum nəticəsində 18 nəfər zərər çəkib.

Şəffaflıq.az Ukrayna xəbər saytlarına istinadən xəbər verir ki, bu barədə Odessa şəhər Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.

"Təəssüf ki, səhər saatlarına olan məlumata görə, 18 nəfərin zərər çəkdiyi məlumdur, onlardan doqquzu xəstəxanaya yerləşdirilib. Hamısına zəruri yardım göstərilir", - o, Telegram kanalında qeyd edib.

Kiperin sözlərinə görə, hədəflərin əksəriyyəti hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Lakin dəymələr və qalıqların düşməsi nəticəsində onlarla mülki infrastruktur obyekti, o cümlədən çoxmərtəbəli və fərdi yaşayış evləri, mehmanxana, uşaq bağçası, inzibati bina, avtodayanacaq, xüsusi qarajlar və nəqliyyat vasitələri zədələnib.


Geri qayıt