Əsas Səhifə > SİYASƏT > Bakı və Maskat statistika sahəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər
Bakı və Maskat statistika sahəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblərBu gün, 13:03 |
|
Azərbaycan və Oman statistika və informasiya texnologiyaları sahəsində əməkdaşlığı müzakirə ediblər. Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycanın Omandakı səfirliyinin məlumatında bildirilib. Məlumata görə, aprelin 29-da Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılov Omanın Milli Statistika və İnformasiya Mərkəzinin icraçı direktoru Xalifa bin Abdullah bin Həməd Əl Bərvani (Dr. Khalifa bin Abdullah Al Barwani) ilə görüşüb. "Görüş zamanı Omanın Milli Statistika və İnformasiya Mərkəzinin mandatı və funksiyalarına uyğun olaraq statistika və informasiya texnologiyaları sahəsində əməkdaşlığın mümkün istiqamətləri nəzərdən keçirilib. Həmçinin, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baş tutub. ",- məlumatda qeyd olunub. Geri qayıt |