Əsas Səhifə > Hadisə > Bakıda kirayə qalan gənc oğlan və qız dəm qazından zəhərlənib, biri ölüb
Bakıda kirayə qalan gənc oğlan və qız dəm qazından zəhərlənib, biri ölüb29-04-2026, 12:57 |
|
Bakıda iki nəfər evdə dəm qazından zəhərlənib. Şəffaflıq.az xəbər verir ki, Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Yusuf Mehmet oğlu Atalay və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü Təranə Mədxun qızı Bəkirova kirayədə yaşadıqları Xətai rayonu R.Bağırov küçəsi ev 30-un hamam otağında dəm qazından zəhərləniblər. Y.Atalay hadisə yerində ölüb, T.Bəkirova xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır. Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır. Geri qayıt |