Əsas Səhifə > Hadisə > Yevlaxda avtomobil qəzası olub, 10 yaşlı qız ölüb
Yevlaxda avtomobil qəzası olub, 10 yaşlı qız ölübBu gün, 09:55 |
|
Yevlax rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Kövər kəndi ərazisində qeydə alınıb. 1967-ci il təvəllüdlü Şakir Həsənovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 2016-cı il təvəllüdlü Südabə Əliyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |