Əsas Səhifə > SİYASƏT > Xocavənd şəhərinə çatan növbəti 39 ailəyə mənzillərin açarları təqdim edilib

Xocavənd şəhərinə çatan növbəti 39 ailəyə mənzillərin açarları təqdim edilib


Bu gün, 15:30


Doğma yurduna aprelin 28-də yola salınan köç karvanı Xocavənd şəhərinə çatıb.

Şəffaflıq.az-ın məlumatına görə, bu mərhələdə Xocavənd şəhərinə köçürülən 176 nəfərdən ibarət 39 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.


Geri qayıt