Əsas Səhifə > EKOLOGİYA > Neftçalada reyd keçirilib, qanunsuz yerləşdirilən balıq torları yığışdırılıb

Neftçalada reyd keçirilib, qanunsuz yerləşdirilən balıq torları yığışdırılıb


Bu gün, 12:50


Neftçala rayonundakı Baş Mil-Muğan kollektorunun Xəzər dənizinə birləşdiyi ərazidə qanunsuz qurulan balıq torları yığışdırılıb.

Şəffaflıq.az-ın məlumatına görə, Balıqçılıq və Akvakultura Mərkəzi, Su Polisi, İctimai birliklər və yerli icra nümayəndəliklərinin birgə iştirakı ilə Neftçalada Baş Mil-Muğan Kollektorunun Xəzər dənizinə töküldüyü ərazidə reyd keçirilib.

Reyd zamanı əraziyə baxış keçirilərkən kollektor boyunca və onun Xəzər dənizinə töküldüyü hissədə müxtəlif ölçülü və uzunluqda sintetik torlar aşkar olunub.

Əməliyyat zamanı qanunsuz qurulan torlar, eləcə də su axınını tam və ya qismən məhdudlaşdıran dayanıqlı "nevud" qurğuları sudan çıxarılıb. Həmin vasitələr qanunvericiliyin tələblərinə uyğun olaraq götürülüb.

Müəyyən edilən hallarla bağlı bəzi balıqçılıq alətləri sahiblərinə təhvil verilsə də, qanunsuz istifadə edilən ov vasitələri müsadirə olunub və aidiyyəti üzrə tədbirlər görülüb.


Geri qayıt