Əsas Səhifə > Hadisə > Kəmaləddin Heydərov Naxçıvanda vətəndaşları qəbul edəcək
Kəmaləddin Heydərov Naxçıvanda vətəndaşları qəbul edəcəkBu gün, 14:02 |
|
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naxçıvanda vətəndaşları qəbul edəcək. Şəffaflıq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Kəmaləddin Heydərov tərəfindən aprelin 30-da Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin binasında saat 10:00-dan MR sakinlərinin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı Nazirliyin binasında 29 aprel tarixində saat 09:00-da başlayacaq. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. Geri qayıt |