Əsas Səhifə > XARİCİ XƏBƏR > Kərkükdə baş verən zəncirvari qəzada altı nəfər ölüb, 27 nəfər xəsarət alıb

Kərkükdə baş verən zəncirvari qəzada altı nəfər ölüb, 27 nəfər xəsarət alıb


Bu gün, 09:23


İraqın türkmanların kompakt yaşadığı Kərkük şəhərinin şimalında 24 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəza nəticəsində altı nəfər ölüb, 27 nəfər xəsarət alıb.

Şəffaflıq.az İNA-ya istinadən xəbər verir ki, sement daşıyan yük maşını idarəetmədən çıxaraq hərəkətdə olan və park edilmiş avtomobillərə çırpılıb.

Kərkük Səhiyyə İdarəsinin açıqlamasına görə, hadisə nəticəsində altı nəfər həlak olub, 27 nəfər isə xəsarət alıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.

Kərkük Mülki Müdafiə İdarəsi isə hadisənin 24 avtomobilin iştirakı ilə baş verdiyini açıqlayıb. Kərkük vilayət administrasiyası hadisə ilə əlaqədar aprelin 28-ni milli matəm günü elan edib.

Olayla bağlı müvafiq qurumlar tərəfindən araşdırma başladılıb.


Geri qayıt