Əsas Səhifə > SİYASƏT > Ombudsmanın nümayəndələri repatriantlarla görüş keçirib
Ombudsmanın nümayəndələri repatriantlarla görüş keçiribBu gün, 09:50 |
|
Ombudsmanın nümayəndələri repatriantlarla görüş keçirib. Bu barədə Ombudsman Aparatından məlumat verilib. Bildirilib ki, Suriya Ərəb Respublikasının münaqişə bölgəsində yaşamış 5 nəfər (2 qadın və 3 uşaq) Azərbaycan vətəndaşının ölkəyə repatriasiyası həyata keçirilib. Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüş keçirib, müəssisə tərəfindən zəruri məlumatlar əldə ediblər. Görüş zamanı repatriantların ehtiyacları və hüquqlarının təmini vəziyyəti qiymətləndirilib, onlara Müvəkkilin mandatı və hüquqlarının müdafiəsi mexanizmləri barədə ətraflı məlumat verilib. Şəffaflıq.az Geri qayıt |