Əsas Səhifə > Hadisə > Ötən gün vətəndaşlar tərəfindən qanunsuz saxlanılan 4 avtomat, 18 tüfəng aşkarlanıb
Ötən gün vətəndaşlar tərəfindən qanunsuz saxlanılan 4 avtomat, 18 tüfəng aşkarlanıbBu gün, 11:07 |
|
Ötən gün vətəndaşlar tərəfindən qanunsuz saxlanılan silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, aprelin 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 18 tüfəng, 4 patron darağı və 246 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Şəffaflıq.az Geri qayıt |