Əsas Səhifə > XARİCİ XƏBƏR > Tayvan və ABŞ 6,6 milyard dollarlıq silah alışı müqavilələri imzalayıblar
Tayvan və ABŞ 6,6 milyard dollarlıq silah alışı müqavilələri imzalayıblarBu gün, 08:54 |
|
Tayvan və ABŞ ümumi dəyəri 208,77 milyard Tayvan dollarından (təxminən 6,6 milyard dollar) çox olan altı böyük silah alışı müqaviləsi imzalayıblar. Şəffaflıq.az xəbərinə görə, bu barədə "Focus Taiwan" məlumat yayıb. Portalın məlumatına görə, müqavilələr aprel ayında imzalanıb. Əldə edilən razılaşmaların bir hissəsi olaraq, Tayvan 123,5 milyard dollar (3,9 milyard ABŞ dolları) dəyərində Amerikanın HIMARS raket sistemləri, 73,89 milyard dollar (2,3 milyard dollar) dəyərində "M109A7 Paladin" özüyeriyən artilleriya qurğuları və quru qüvvələri üçün 5,32 milyard dollar (168 milyon dollar) dəyərində əlavə raket vasitələri alacaq. Digər üç müqavilə hərbi donanma üçün 5,13 milyard dollar (162 milyon ABŞ dolları) dəyərində raket silahlarının alınmasını, 910,45 milyon dollar (29 milyon dollar) dəyərində Tayvan-Amerika birgə iri çaplı sursat istehsalı və s. əhatə edir. Xatırladaq ki, Tayvan 1949-cu ildən - vətəndaş müharibəsindəki məğlubiyyətdən sonra Çan Kayşinin rəhbərlik etdiyi Homindan Qüvvələrinin oraya köçdüyü vaxtdan bəri müstəqil idarəçilik altındadır. Rəsmi Pekin Azərbaycan da daxil olmaqla bir çox digər ölkələr kimi, adanı Çinin ayrılmaz hissəsi hesab edir. Geri qayıt |