Əsas Səhifə > İnfrastruktur > Bakıda 17 istiqamətdə nəqliyyatın sıxlığı yaranıb
Bakıda 17 istiqamətdə nəqliyyatın sıxlığı yaranıbBu gün, 10:01 |
|
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Şəffaflıq.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 5. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində; 6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 8. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 9. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 10. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində; 11. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 12. Babək prospekti, mərkəz istiqamətində; 13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 14. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 15. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 16. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 17. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur. Geri qayıt |