Əsas Səhifə > SİYASƏT > Azərbaycan və Latviya konsulluq məsələlərində əməkdaşlığa dair memorandum imzalayacaq

Azərbaycan və Latviya konsulluq məsələlərində əməkdaşlığa dair memorandum imzalayacaq


Bu gün, 15:40


Azərbaycan və Latviya konsulluq məsələləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayacaq.

Şəffaflıq.az Latviya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, sənəd ölkə Prezidenti Edqars Rinkeviçsin 21–23 aprel 2026-cı il tarixlərində Azərbaycana edəcəyi rəsmi səfəri çərçivəsində imzalanacaq.

Səfər zamanı dövlət başçısını Latviyanın xarici işlər naziri Bayba Braje müşayiət edəcək.

"Latviya və Azərbaycan əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra sənədlər imzalayacaq. Bayba Braje iki tərəf arasında konsulluq məlumatları və təcrübə mübadiləsi sahəsində qarşılıqlı fəaliyyəti gücləndirəcək Latviya və Azərbaycan xarici işlər nazirlikləri arasında konsulluq məsələlərində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalayacaq", - məlumatda bildirilib.

XİN-dən həmçinin bildirilib ki, Braje azərbaycanlı həmkarı Ceyhun Bayramovla ayrıca görüş keçirməyi planlaşdırır: "Nazirlər ikitərəfli əməkdaşlığı, eləcə də Azərbaycan və Ermənistan arasında sülh prosesi, Ukraynadakı vəziyyət və Yaxın Şərq daxil olmaqla regional və beynəlxalq gündəliyə aid məsələləri müzakirə edəcəklər".


Geri qayıt