Əsas Səhifə > İqtisadiyyat > “Neftin hazırkı qiyməti üçün əvvəldən “B” planı hazırlanmışdı”- Baş bankir

“Neftin hazırkı qiyməti üçün əvvəldən “B” planı hazırlanmışdı”- Baş bankir


11-03-2020, 15:02

 

“Hökumətin və Azərbaycan Mərkəzi Bankının (AMB) “B” planı var və bu plan məhz neftin bu qiyməti (30-35 ABŞ dolları) üçün əvvəldən hazırlanmışdı. Hazırda hökumət bu plana əsasən fəaliyyət göstərir. Biz problemi tez bir zamanda həll etmək əzmindəyik”.

Şəffaflıq.az xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov neftin qiymətinin kəskin azalmasının ölkə iqtisadiyyatına təsirini şərh edərkən deyib.

“Əhalini sakitliyə çağırıram. Hökumətin, bizim gördüyümüz tədbirlərdən görünür ki, tələbat tam şəkildə təmkinlə qarşılanır. İnsanlara çağırışımız odur ki, öz hərəkətləri ilə bizə kömək olsunlar ki, problemin daha tez həllinə nail olaq”, – deyə o bildirib.

E.Rüstəmov əlavə edib ki, ölkənin lazımi resursları var: “Problemi layiqincə qarşılamaq üçün imkanlarımız mövcuddur”.
Geri qayıt