Əsas Səhifə > SİYASƏT > Xələf Xələfov İdlib böhranına münasibət bildirdi

Xələf Xələfov İdlib böhranına münasibət bildirdi


11-03-2020, 14:59

 

“Həm Türkiyə, həm də Rusiya Azərbaycan üçün vacib ölkələrdir”.

Bunu APA TV-yə müsahibəsində Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

X. Xələfov bildirib ki, Azərbaycan bu məsələnin tezliklə diplomatik yolla tənzimləməsinin tərəfdarıdır: “Bu baxımdan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfərini və bu səfər çərçivəsində əldə olunmuş razılaşmaları yüksək qiymətləndiririk. Suriyada yaranmış vəziyyət diplomatik yolla həllini tapmalıdır. Bu, təkcə gərginləşmə ilə bağlı deyil, eyni zamanda humanitar böhranın yaranmasına yol açan problemdir.

 Ölkələr bu sahədə əldə olunmuş razılaşmalara riayət etməlidir. Suriyada vəziyyətin gərginləşdirilməsinə, qarşıdurmanın artmasına, müharibənin qızışdırılmasına yol verilməməlidir”.

Şəffaflıq.az
Geri qayıt