Əsas Səhifə > XARİCİ XƏBƏR > ABŞ və İran arasında bağlanacaq razılaşma Birgə Hərtərəfli Fəaliyyət Planından (BHFP) daha yaxşı olacaq.

ABŞ və İran arasında bağlanacaq razılaşma Birgə Hərtərəfli Fəaliyyət Planından (BHFP) daha yaxşı olacaq.


Dünən, 23:05


ABŞ və İran arasında bağlanacaq razılaşma Birgə Hərtərəfli Fəaliyyət Planından (BHFP) daha yaxşı olacaq.

Şəffaflıq.az  xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkə hesabında yazıb.

"İranla bağladığımız razIlaşma, (ABŞ-nin sabiq prezidentləri) Barak Obama və Co Bayden tərəfindən tərtib edilib, ölkəmizin təhlükəsizliyi ilə bağlı indiyə qədər bağlanmış ən pis razılaşmalardan biri olan və adətən "İranın nüvə razılaşması" adlandırılan BHFP-dən qat-qat yaxşı olacaq. Bu, nüvə silahına aparan zəmanətli bir yol idi, hansı ki, üzərində işlədiyimiz razılaşma ilə baş verməyəcək və baş verə bilməz. Onlar faktiki olaraq nağd şəkildə 1,7 milyard dollar veriblər... Bundan əlavə, İrana yüz milyardlarla dollar ödənilib", - Amerika lideri bildirib.

Trampın sözlərinə görə, əgər o, BHFP-ni ləğv etməsəydi, İran artıq ABŞ hərbi bazaları da daxil olmaqla, İsrailə və bütün Yaxın Şərq ölkələrinə qarşı nüvə silahı tətbiq etmiş olardı:

"Əgər razılaşma Trampın dövründə baş tutarsa, o, təkcə İsrailin və Yaxın Şərqin deyil, həm də Avropanın, Amerikanın və bütün dünyanın sülh, təhlükəsizlik və müdafiəsinə zəmanət verəcək. Bu, səriştəsiz rəhbərlik ucbatından dözməyə məcbur olduğumuz rüsvayçılıq və alçaldılma illərinin əvəzinə, bütün dünyanın fəxr edəcəyi bir şey olacaq".

Demokratların hamısını "xain" adlandıran Tramp ABŞ-nin hazırda hazırda razılaşma ilə bağlı iş gördüyünü qeyd edib. "Silahlı Qüvvələrimizin və Tramp Administrasiyasının nailiyyətlərinin aşağılamasına imkan verməyəcəyik", - o bildirib və əlavə edib ki, hər şey qüsursuz şəkildə icra olunur:

"Miqyasca Venesuela kimidir, sadəcə daha böyük və mürəkkəb bir əməliyyatdır. Nəticə eyni olacaq. İlk prezidentlik dövrümdə mən Kosmik Qüvvələrin yaradılması da daxil olmaqla, ölkəmizin indiyədək gördüyü ən böyük Silahlı Qüvvələri yaratdım. İkinci dönəmdə mən çox daha az anlayışa və ya səriştəyə malik olan başqalarının bizə miras qoyduğu problemləri həll etmək üçün Silahlı Qüvvələrimizdən müvafiq və ağıllı şəkildə istifadə edəcəm".


Geri qayıt