Əsas Səhifə > İdman > Avropa çempionatı: Beka Kandelaki, Rəşad Məmmədov və İslam Abbasov bürünc medal uğrunda yarışacaqlar
Avropa çempionatı: Beka Kandelaki, Rəşad Məmmədov və İslam Abbasov bürünc medal uğrunda yarışacaqlarDünən, 23:00 |
|
Azərbaycanın yunan-Roma güləşçiləri Rəşad Məmmədov (55 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının bürünc medalı uğrunda yarışacaqlar. Şəffaflıq.az xəbər verir ki, B.Kandelaki yarımfinalda Dariuş Viteklə üz-üzə gəlib. B.Kandelakinin macarıstanlı güləşçi ilə görüşündə 1:1 hesabı qeydə alınsa da hakimlər əlavə göstəricilərə görə D.Viteki qalib elan ediblər. İslam Abbasov (87 kq) isə yarımfinalda Bolqarıstanlı Semyon Novikova 0:4 hesabı ilə uduzub. 1/4 finalda Emin Səfərşayevə (UWW) uduzan Rəşad Məmmədov (55 kq) isə rəqibi finala yüksəldiyi üçün bürünc mükafat uğrunda görüşə çıxacaq. Geri qayıt |