Əsas Səhifə > İnfrastruktur > Azərbaycanda bərk məişət tullantılarının qurudulması üzrə 2 mərkəz yaradıla bilər

Azərbaycanda bərk məişət tullantılarının qurudulması üzrə 2 mərkəz yaradıla bilər


Bu gün, 15:06


Azərbaycan Hökuməti hazırda Abşeronda bərk məişət tullantılarının idarə olunması sisteminin təkmilləşdirilməsi üzrə layihənin həyata keçirilməsini nəzərdən keçirir.

Şəffaflıq.az mənbəyə istinadən xəbər verir ki, layihənin təşəbbüskarı "Holcim Azerbaijan" ASC-dir.

Konsepsiya Sumqayıtda və Bakının Qaradağ rayonunda tullantıların qurudulmasının təşkilini nəzərdə tutur. Emal nəticəsində əldə olunan yanacaq sement zavodunda alternativ enerji mənbəyi kimi istifadə ediləcək.

Layihə üzre teqribən 30.8 milyon manat dövlət investisiyası hesabina Bakının Qaradağ rayonunda ve Sumqayıt șəhərində iki tullantı qurutma mərkəzinin yaradılması (27,6 milyon manat) və istehsal olunacaq alternativ yanacağın "Holcim" Sement Zavoduna daşınması ücün maşın və texnikaların alınması (3,2 milyon manat) nəzərdə tutulur.

Birinci mərhələdə ildə 200 min ton bərk məişət tullantısının (hər mərkəzdə 100 min ton) emal edilməsi planlaşdırılır, bu da 105 min tona qədər alternativ yanacaq əldə etməyə imkan verəcək.

Bundan əlavə, layihənin şərtlərinə əsasən, "Holcim Azerbaijan" 16 milyon manat investisiya təmin edəcək, bu vəsait zavodda yandırma avadanlığının quraşdırılmasına yönəldiləcək.

Beləliklə, layihənin ümumi dəyəri təxminən 47 milyon manat təşkil edə bilər.


Geri qayıt