Əsas Səhifə > MALİYYƏ > Naxçıvanda bank əmanətləri 45 %-dən çox artıb
Naxçıvanda bank əmanətləri 45 %-dən çox artıbBu gün, 15:14 |
|
Bu il martın 1-nə Naxçıvan Muxtar Respublikasında əhalinin banklarda 40,7 milyon manat əmanəti olub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən il martın 1-nə nisbətən 45,4 % çoxdur. Əmanətlərin 94 %-i milli, 6 %-i xarici valyutada qoyulub. Ötən ilin eyni dövrü ilə müqayisədə milli valyutada olan əmanətlərin məbləği 46,2 %, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 34 % artıb. Şəffaflıq.az Geri qayıt |