Əsas Səhifə > XARİCİ XƏBƏR > Hikmət Hacıyev: Azərbaycan regionda yeni əməkdaşlıq formatı yaradıb

Hikmət Hacıyev: Azərbaycan regionda yeni əməkdaşlıq formatı yaradıb


Bu gün, 15:04


Prezident İlham Əliyevin enerji siyasəti Azərbaycanın resurslarının dünya bazarına çıxarılması ilə yanaşı, regionumuzda yeni əməkdaşlıq formatı və platformasını yaradıb.

"Report"un Antalyaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın hazırda regionda qurduğu və inkişaf etdirdiyi bağlantılar, bu xüsusda Zəngəzur dəhlizi konsepsiyasının inkişaf etdirilməsi regionda yeni imkanlar vəd edir:

"Azərbaycanın təcrübəsində regionda qurulan əməkdaşlıq modeli, eynilə Mərkəzi Asiya ölkələri ilə qurduğu çox sıx əməkdaşlıq və qardaşlıq prinsipi əsasında Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzvlüyə qəbul edilməsi bir daha Azərbaycanın regional liderlik, regional mənsubiyyət prinsipinə nə dərəcədə sadiq olduğunun bariz göstəricisidir".

Şəffaflıq.az


Geri qayıt