Əsas Səhifə > REGİON / MANŞET > Şamaxı şəhərinin baş planının hazırlanmasına start verildi

Şamaxı şəhərinin baş planının hazırlanmasına start verildi


Bu gün, 15:49


Şamaxı şəhərinin baş planının hazırlanmasına start verildi.

Baş planı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən sifariş olunub və "İntegris" MMC,  "Oneworks" və "HK Planlama Mühendislik Danışmanlık İnşaat Bilişim ve Ticaret A.Ş" şirkətləri tərəfindən icra olunacaq.

Şəffaflıq.az xəbər verir ki, Layihə ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətində toplantı keçirilib. Görüşdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Şahnaz Bədəlova və layihənin icraçısı olan  “İntegris” MMC-nin direktoru Ceyhun Zeynalov, Türkiyənin “HK Planlama Mühendislik Danışmanlık İnşaat Bilişim ve Ticaret Anonim Şirkəti”-nin sahibi Hidayət Kandemir,  İtaliyanın “Oneworks” şirkətinin idarəedici tərəfdaşı Leonardo Kavalli və digər nümayəndələr iştirak ediblər.

Toplantıda layihənin hazırlanması zamanı yerli tarixi memarlıq üslubunun və tarixi abidələrinin qorunması, əhalinin və nəqliyatın rahat hərəkəti, eləcə də layihənin müasir şəhərsalma prinsiplərinə uyğunluğu müzakirə olunub.



Geri qayıt