Əsas Səhifə > XARİCİ XƏBƏR > Azərbaycan və Mərakeş parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan və Mərakeş parlamentləri arasında Anlaşma Memorandumu imzalanıbBu gün, 14:19 |
|
Azərbaycan Milli Məclisi ilə Mərakeş Krallığı Parlamentinin Müşavirlər Palatası arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə Milli Məclisdən məlumat verilib. Bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarova öncə Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində Mərakeş Krallığı Parlamentinin Müşavirlər Palatasının sədri Mohamed Ould Erraşid ilə Azərbaycan və Mərakeş arasında mövcud əlaqələrin səviyyəsini müzakirə edib. Görüşdə ikitərəfli mövcud əlaqələr yüksək qiymətləndirilib, həmçinin siyasi dialoqun inkişafından, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəylikdən məmnunluq ifadə olunub. Bundan başqa, parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişafında mühüm alət olduğu qeyd olunub. Bu baxımdan, parlament komitələri və dostluq qrupları arasında təmasların genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. Tərəflər parlamentlərarası əməkdaşlıq baxımından Parlamentlərarası İttifaq və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi kimi platformaların rolunu vurğulayaraq bu çərçivədə qarşılıqlı fəaliyyətin və koordinasiyanın gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər. Görüşdən sonra Azərbaycan Milli Məclisi ilə Mərakeş Krallığı Parlamentinin Müşavirlər Palatası arasında Anlaşma Memorandumu imzalanıb. Spiker Sahibə Qafarova deyib ki, Anlaşma Memorandumu parlamentlərarası institusional əməkdaşlığın genişləndirilməsinə, o cümlədən komitələr və dostluq qrupları arasında əlaqələrin gücləndirilməsinə, beynəlxalq platformalarda fəaliyyətin daha səmərəli əlaqələndirilməsinə imkan verəcək.
Şəffaflıq.az Geri qayıt |