Əsas Səhifə > SİYASƏT > Anar Quliyev Biləsuvarda vətəndaşları qəbul edib
Anar Quliyev Biləsuvarda vətəndaşları qəbul edibBu gün, 14:14 |
|
Şəffaflıq.az Komitəyə istinadən xəbər verir ki, qəbulda Biləsuvar, Şirvan, Hacıqabul, Cəlilabad, Salyan və Neftçala sakinlərinin müraciətlərinə baxılıb, torpaq sahələrinin ayrılması, şəhərsalma və tikinti normalarına uyğun icazə prosedurları ətrafında müzakirələr aparılıb. Komitə sədri qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun operativ həlli üçün aidiyyəti struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verib. Həmçinin şəffaflığın təmin edilməsi və vaxt itkisinin qarşısının alınması məqsədilə yaradılmış Elektron Tikinti Portalı (e-tikinti.gov.az) barədə də vətəndaşlara məlumat verilib.
Geri qayıt |