Əsas Səhifə > XARİCİ XƏBƏR > İrandan Azərbaycana indiyədək 3 546 nəfər təxliyə olunub
İrandan Azərbaycana indiyədək 3 546 nəfər təxliyə olunubBu gün, 13:28 |
|
İrandan fevralın 28-dən bu günədək Azərbaycana ümumilikdə 78 ölkədən 3 546 nəfər təxliyə olunub. Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, təxliyə olunanların 620 nəfəri Azərbaycan vətəndaşıdır. Eyni zamanda, Çinin 738, Rusiyanın 384, Hindistanın 294, Banqladeşin 198, Tacikistanın 195, Pakistanın 152, İranın 137, İndoneziyanın 118, Omanın 84, Əlcəzairin 57, İtaliyanın 46, Almaniyanın 30, Kanadanın 27, İspaniyanın 26, Fransa və Qazaxıstanın hər birinin 25, Gürcüstan və Yaponiyanın hər birinin 21, Səudiyyə Ərəbistanının 18, Özbəkistan və ABŞ-nin hər birinin 17, Bəhreyn və Polşanın hər birinin 16, İsveçrənin 14, Nigeriya və Belarusun hər birinin 13, Macarıstanın 12, Meksikanın 11, Böyük Britaniya, Bolqarıstan və Konqo Demokratik Respublikasının hər birinin 10, Braziliyanın 9, Sudanın və Venesuelanın hər birinin 8, Finlandiya, Ruminiya, Çexiya, Slovakiya, Belçika, Qırğızıstan, Avstraliyanın, Avstriyanın və Birləşmiş Ərəb Əmirliklərinin hər birinin 6 vətəndaşı təxliyə edilib. Bundan başqa, təxliyə edilənlər arasında Türkiyə, Serbiya, İsveç, Əfqanıstan, Yunanıstan, Vyetnam hər birinin 5, İordaniya, Filippin, Ukrayna, Şri-lanka, Küveyt və Niderlandın hərəsinin 4, Qətər, Xorvatiya, Danimarka və Norveçin hər birinin 3, Nepal, Livan, Yəmən, Myanma, Kipr, Misir və Sloveniyanın, Uruqvayın hər birinin 2 vətəndaşı var. İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Beliz və Dominikanın hər birinin 1 vətəndaşı təxliyə olunub. Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Geri qayıt |