Əsas Səhifə > Hadisə > Bakının mərkəzində baş verən yanğın söndürülüb
Bakının mərkəzində baş verən yanğın söndürülübDünən, 16:39 |
|
Bakının mərkəzində fərdi yaşayış evində baş verən yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Yasamal rayonu, Vidadi küçəsində yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində taxta konstruksiyalardan ibarət hər mərtəbəsi 60kv.m. olan ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində yaşayış evinin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb. Evin birinci mərtəbəsi və bitişik evlər yanğından mühafizə olunub. Şəffaflıq.az Geri qayıt |