Əsas Səhifə > Dünya > Çinli alimlərdən koronavirusla bağlı araşdırma – BELƏ YAYILIRMIŞ...
Çinli alimlərdən koronavirusla bağlı araşdırma – BELƏ YAYILIRMIŞ...10-03-2020, 22:16 |
Bütün dünyada yayılan yeni növ koronavirus qapalı ventilyasiyalı məkanda azı 30 dəqiqə qala və 4,5 metr məsafəyə qədər yayıla bilir. Bu isə dünya səhiyyə orqanlarının tövsiyə etdiyi “təhlükəsiz məsafə”dən (2 metrə qədər) çoxdur. Şəffaflıq.az yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə çinli alimlər araşdırma aparıblar. Məlumata görə, araşdırmanın əsas məqsədi insanlara ictimai nəqliyyatda maska və əlcək taxmağın, əlləri tez-tez yumağın vacibliyini bildirməkdir. Belə ki, epidemioloqlar xəstəliyə yoluxmuş çinlinin maskasız mindiyi avtobusda virusun yayılmasını təhlil ediblər. Təhlil zamanı həmin şəxsin salonun müxtəlif yerlərində əyləşmiş 7 sərnişini, o cümlədən ondan 6 sıra uzaqlıqda yerləşən və ya 4,5 metr məsafədə olan cütlüyü yoluxdurduğu məlum olub. Bundan əlavə, virus təyinat nöqtəsinə çatdıqdan 30 dəqiqə sonra növbəti reysə minən sərnişinə də keçib. Bundan başqa koronavirusun öskürək və ya asqıraq zamanı tənəffüs yollarından çıxan damcıların düşdüyü səthdə bir neçə gün qala biləcəyi də müəyyən edilib. İnfeksiyanın xarici mühitdə nə qədər qalması isə tempraturdan və materialın növündən asılıdır. Məsələn, 37 dərəcə temperaturda virus iki-üç gün şüşə, parça, metal, plastik maddə və ya kağız səthində aktiv qala bilir. Geri qayıt |