Əsas Səhifə > Mədəniyyət > Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunub

Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunub


14-04-2026, 14:23


Görkəmli baletmeyster Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunub.

Şəffaflıq.az xəbər verir ki, mərhumla əvvəlcə Təzə Pir məscidində vida mərasimi keçirilib.

Mərasimdə Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəni-ictimai xadimlər və baletmeysterin sənət dostları iştirak ediblər.

Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artistinin vida mərasiminə əklil göndəriblər.

Vida mərasiminin ardınca cənazə İkinci Fəxri xiyabana aparılaraq torpağa tapşırılıb.

Qeyd edək ki, M.Məmmədov aprelin 13-ü, 97 yaşında vəfat edib.


Geri qayıt