Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Volodimir Zelenski müharibə bitəndən 3 il sonra hərbi çağırışın davam etdirilməsi barədə qanunu imzalayıb
Volodimir Zelenski müharibə bitəndən 3 il sonra hərbi çağırışın davam etdirilməsi barədə qanunu imzalayıb14-04-2026, 12:54 |
|
Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin bitməsindən sonra ölkədə hərbi mükəlləfiyətin faha 3 il davam etməsi barədə qanunu imzalayıb. Ukrayna Ali Radasından verilən məlumata görə, ölkənin beynəlxalq öhdəliklərinə görə yeni qanunda xüsusi fond nəzərdə tutulur ki, bu da büdcədən və digər yardımlardan hərbinin maliyyələşdirilməsində vasitəçi və nəzarət rolunu oynayacaq. Radadan bildirilib ki, bu qanun Beynəlxalq Valyuta Fondunun əsas tələblərindən biridir və Ukraynaya maliyyə dəstəyinin davam etdirilməsi üçün zəruri olan siyahıya daxildir. Qeyd edək ki, 2014-cü ildə peşəkar orduya keçid planları ilə əlaqədar Ukraynada hərbi çağırış ləğv edilib və vətəndaşlar silahlı qüvvələrə müqavilə əsasında cəlb ediliblər. Krımın 2014-cü ildə ilhaqından sonra ölkədə qismən səfərbərlik elan edilib. Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra ölkədə səfərbərlik elan edilib. Şəffaflıq.az Geri qayıt |