Əsas Səhifə > REGİON > Sergey Lavrov Çində səfərdədir

Sergey Lavrov Çində səfərdədir


14-04-2026, 11:46


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinə rəsmi səfərə gəlib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Səfər çərçivəsində Lavrov çinli həmkarı Van İ ilə görüşəcək, tərəflər ikitərəfli gündəlik və beynəlxalq problemlər, o cümlədən Yaxın Şərq və Ukrayna ətrafındakı vəziyyət barədə fikir mübadiləsi aparacaqlar.

Rusiya XİN başçısının səfəri aprelin 15-dək davam edəcək.


Geri qayıt