Əsas Səhifə > Hadisə > Şirvanda keçmiş məhkumda 8 kiloqrama yaxın marixuana aşkarlanıb
Şirvanda keçmiş məhkumda 8 kiloqrama yaxın marixuana aşkarlanıb14-04-2026, 11:44 |
|
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ruslan Əliyev saxlanılıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ondan 8 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Geri qayıt |