Əsas Səhifə > SİYASƏT > Məcnun Məmmədovun Zəngilandakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Məcnun Məmmədovun Zəngilandakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib14-04-2026, 11:03 |
|
Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun aprelin 17-də, saat 09:00-da Zəngilan rayonunun Ağalı kəndində keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Şəffaflıq.az nazirliyə istiandən xəbər verir ki, qəbul aprelin 24-də olacaq. Nazir əvvəlcədən elan olunduğu kimi, Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbulda iştirak etmək istəyənlər Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-337-26-22/050-216-43-43) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar. Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər. Geri qayıt |