Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > İspaniyanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib

İspaniyanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib


13-04-2026, 15:12


İspaniyanın Tehrandakı səfirliyinin fəaliyyəti bərpa olunub.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə diplomatik nümayəndəliyin mətbuat xidməti "X" hesabında bildirib.

"Səfir Antonio Sançes-Benedito Qaspar diplomatik komanda və yerli əməkdaşlarla birlikdə sülhü dəstəkləmək öhdəliyi ilə fəaliyyətini bərpa edir", - diplomatik missiyadan qeyd ediblər.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares aprelin 9-da Tehrandakı səfirliyi bərpa etmək niyyətini açıqlayıb.

Qərar Donald Trampın elan etdiyi atəşkəsdən sonra qəbul edilib. İspaniya diplomatları ABŞ və İsrailin hərbi əməliyyatı başladıqdan sonra İran paytaxtından təxliyə edilmişdi.


Geri qayıt