Əsas Səhifə > MALİYYƏ > Hesablama Palatası ötən il 3 yoxlamanın nəticələrini Baş Prokurorluğa göndərib
Hesablama Palatası ötən il 3 yoxlamanın nəticələrini Baş Prokurorluğa göndərib13-04-2026, 12:05 |
|
Hesablama Palatası ötən il 3 dövlət qurumunda apardığı yoxlamanın nəticələrini Baş Prokurorluğa göndərib. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat"da bildirilir. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir. Hesabata əsasən, 2025-ci ildəki audit nəticələri əsasında hüquqi tədbirlər də görülüb. Ümumi məbləği 0,8 milyon manat olan vəsait üzrə araşdırma aparılıb. Eyni zamanda, 2 audit üzrə araşdırmalar davam etdirilir. Geri qayıt |