Əsas Səhifə > Hadisə > İki gündə qanunsuz saxlanılan 7 avtomat, 1 pulemyot aşkarlanıb
İki gündə qanunsuz saxlanılan 7 avtomat, 1 pulemyot aşkarlanıb13-04-2026, 12:01 |
|
İki gün ərzində xeyli sayda qanunsuz saxlanılan silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, aprelin 11-də və 12-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 7 avtomat silahı, 1 pulemyot, 1 tapança, 2 qumbara, 3 alışdırıcı, 19 patron darağı və 526 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Şəffaflıq.az Geri qayıt |