Əsas Səhifə > Hadisə > Ötən həftə baş verən hadisələr nəticəsində 9 nəfər ölüb
Ötən həftə baş verən hadisələr nəticəsində 9 nəfər ölüb13-04-2026, 10:53 |
|
Azərbaycanda ötən həftə ərzində baş verən hadisələr nəticəsində 9 nəfər ölüb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Föpvqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 179 yanğına çıxış, 41 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və intensiv yağışlarla əlaqədar qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən həftə ərzində 20-si azyaşlı olmaqla 46 nəfər xilas edilib, 3 nəfər xəsarət alıb, hadisələr nəticəsində 9 nəfər həyatını itirib. Geri qayıt |